"Qarabağ" CAR-dan hücumçu transfer edir?

13:16 27 İyun 2018

Cənubi Afrika Respublikasının “Maritsburq Yunayted” klubunun hücumçusu Lebohanq Maboe karyerasını Azərbaycanda davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Soccerladuma.co.az" saytı məlumat yayıb. Həmkarlarımızın iddiasına görə, 23 yaşlı hücumçu “Qarabağ”ın maraq dairəsindədir. Canubi Afrika mətbuatı Ağdam klubunun bu ilin əvvəlindən gənc forvardı izlədiyini iddia edib.

 

Ancaq Maboenin transferi “Qarabağ”a elə də asan başa gəlməyəcək. Çünki futbolçunun hazırkı klubu ilə 2019-cu ilin yayına qədər müqaviləsi var. Sözləşmədə isə belə bir bənd yer alıb ki, tərəflər bu müddəti daha 1 il uzada bilərlər.

 

Qeyd edək ki, Cənubi Afrika Resbublikası millisinin də formasını geyinən hücumçunun transfer qiyməti 600 min avrodur.


Digər xəbərlər

Xəbər xətti