Gündüz Abbaszadədən Maradonaya: "Ayıb olsun!" - VİDEO

13:52 27 İyun 2018

Dünya çempionatının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilən Argentina - Nigeriya (2:1) matçı zamanı ən çox müzakirə edilən şəxslərdən biri cənubi amerikalıların əfsanəvi futbolçusu Dieqo Armando Maradona olub

 

Sportarena.az xəbər verir ki, o, matç zamanı etdiyi hərəkətlərlə diqqət mərkəzində olub. Maradona tez-tez jest və rəqsləri ilə kameralara tuş gəlib. Onun Argentinanın son dəqiqələrdə vurduğu ikinci qola sevinci də emosional olub. Maradona həmyerlilərinin 1/8 finala vəsiqə qazanmasına səbəb olan qolu “orta barmaq” göstərərək qeyd edib. 

 

Maradonanın bu hərəkəti görüşü "İctimai" televeziyasının efirində şərh edən Gündüz Abbaszadənin də diqqətindən yayınmayıb. Abbaszadə əfsanəvi futbolçuya "ayıb olsun!" deməyi unutmayıb.


Digər xəbərlər

Xəbər xətti