"Qarabağ"ın Kiev "Dinamo"su ilə oyununun vaxtı məlum oldu

14:56 27 İyun 2018

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın daha bir yoxlama matçının vaxtı və başlama saatı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Qurban Qurbanovun komandası sonuncu sınaq matçında Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə üz-üzə gələcək. İyulun 4-də Avstriyanın Şvats şəhərində baş tutacaq bu görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bu barədə Kiyev klubunun rəsmi saytı məlumat yayıb.

 

“Qarabağ” “Dinamo”dan öncə iyunun 30-da Suriya yığması ilə də qarşılaşacaq.

 

“Köhlən atlar” daha öncə Bolqarıstanın “Ludoqorets” (1:1) və Avstriyanın “Vakker İnsbruk” (0:0) komandaları ilə yoxlama oyunu keçirib.


Digər xəbərlər

Xəbər xətti