Şehiç: "Qarabağ" mənim ailəmdi"

16:10 27 İyun 2018

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ın düşərgəsində xoş sürpriz baş verib. 

 

Sportarena.az xəbər verir ki, “köhlən atlar”dan ayrılan İbrahim Şehiç məşqə gələrək, futbolçu və məşqçi heyətiylə görüşüb.  Şehiç bu haqda öz fikirlərini bildirib:

 

"Qarabağ" mənim ailəmdi, çox möhtəşəm illər keçirmişəm. Klubdan ayrılanda bir çoxu ilə görüşə bilməmişdim. Ona görə, gəlib onlarla görüşməyi özümə mənəvi borc bilirdim. Hansı klubda çıxış etməyimdən asılı olmayaraq, hər zaman "Qarabağ"ı dəstəkləyəcəm, ürəyim bu komandayla döyünəcək".


Digər xəbərlər

Xəbər xətti