Futbolçumuz Ermənistan klubuna qarşı oynayacaq

16:23 27 İyun 2018

Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” klubu təlim-məşq toplanışı üçün Bolqarıstana yollanıb.

 

Sportarena.az xəbər verir ki, komanda 2 həftəlik təlim-məşq toplanışı çərçivəsində 6 yoxlama görüşü keçirəcək.Rəqiblər yerli komandalar “Beroe”, “Çerno More”, həmçinin “Anortosis” (Kipr), “Levski” (Bolqarıstan) və “Banants”dı (Ermənistan). Bir rəqibin kimliyi hələ bəlli deyil.

 

Paşayevin komandası ermənilərlə iyulun 1-də üz-üzə gələcək. Bəzi oyunçuları Ukraynada saxlayan “Aleksandriya”nın məşqçilər korpusu yığmamızın üzvünü də Bolqarıstana aparıb.


Digər xəbərlər

Xəbər xətti