Xorvatiya yığmasının tarixində ilk

18:14 27 İyun 2018

Futbol üzrə Xorvatiya yığması dünya çempionatlarında tarixi göstəriciyə imza atıb.

 

Sportarena.az xəbər verir ki, Zlatko Daliçin çalışdırdığı kollektiv ilk dəfə bir dünya çempionatında ardıcıl 3 oyunda qələbə qazanıb. Xorvatlar bu ilki Rusiyada təşkil olunmuş mundialda Nigeriya (2:0), Argentina (3:0) və İslandiya (2:1) üzərində qazandıqları qələbələr sayəsində gerçəkləşdiriblər.

 

DÇ-2018-də qrupdan maksimum nəticə ilə çıxan Xorvatiya millisi 1/8 finalda Danimarka ilə üz-üzə gələcək. İstisna deyil ki, Balkan təmsilçisi qələbə seriyasını bu oyunda da davam etdirsin.


Xəbər xətti