"Neftçi"nin potensial rəqibindən 8 milyonluq transfer

Sportarena.az      27 İyun 2018, 18:32

İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin “Suonsi” klubunda çıxış edən yarımmüdafiəçi Roke Mesanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 2021-ci ilə qədər müqavilə imzalayıblar. Transferin maliyyə detalları açıqlanmayıb. Amma İspaniya mətbuatının yaydığı məlumata görə, “Sevilya” yeni oyunçusuna görə 8 milyon funt-sterlinqindən keçib.

 

Qeyd edək ki, “Sevilya” Avropa Liqasında Azərbaycan təmsilçisi “Neftçi”nin potensial rəqibidi. “Ağ-qaralar” bu turnirin birinci təsnifat mərhələsində Macarıstanın “Uypeşt” klubunu mübarizədən kənarlaşdırmağı bacarsa, növbəti mərhələdə məhz İspaniya təmsilçisi ilə üz-üzə gələcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin