"Neftçi"də yeni müqavilə

10:47 28 İyun 2018

"Neftçi” Rəhman Hacıyevlə müqavilənin müddətini artırıb.

 

Sportarena.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə 2018/19 mövsümünün sonunda bitməli olan anlaşma daha 1 il müddətinə uzadılıb. Yeni müqaviləyə görə Hacıyev 2019/2020 mövsümünün sonunadək ağ-qara formanı geyinəcək.

 

Milli komandamızın da üzvü olan futbolçu ötən mövsüm 32 oyunda 6 qola imza atıb.

 

Qeyd edək ki, “Neftçi”də bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov və Emin Mahmudovla müqavilə yenilənmişdi.


Digər xəbərlər

Xəbər xətti