“Neftçi” rumınlara qalib gəldi - YENİLƏNİB

20:04 28 İyun 2018

“Neftçi” Türkiyədə təlim-məşq toplanışını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün növbəti yoxlama matçını keçirib. Roberto Bordinin yetirmələri “Dunarea Kalarası” ilə qarşılaşıb. Rumıniya təmsilçisi ilə oyunun start fiti Bakı vaxtı ilə 18:00-da verilib. Görüş “Neftçi”nin məskunlaşdığı "Fenerbahce Topuk Yaylası Resort and Sport” otelinin meydanında baş tutub. Bakı klubu meydanı inamlı qələbə ilə tərk edib.

 

Qeyd edək ki, “Neftçi” Türkiyə toplanışı çərçivəsində keçirdiyi ilk oyunda Makedoniya klubu “Şkupi”ni məğlub etmişdi (2:0).

 

Yoxlama oyunu

28 iyun

Neftçi - Dunarea Kalarası (Rumıniya) 2:0

Qol: Dario Frederiko 39. Mirabdulla Abbasov, 65.

 

Neftçi: 1. Səlahət Ağayev, 4. Rəşad Eyubov (6. Qoran Paratski, 58), 9. Baqali Dabo (70. Əli Şirinov, 89), 10. Dario Frederiko (7. Namiq Ələsgərov, 46), 15. Ruslan Abışov (k) (77. Elvin Sərkərov 79), 17. Rəhman Hacıyev (36. Xəlil Bəşirov, 85), 18. Tural Axundov (5. Anton Krivotsyuk, 78), 21. Məhəmməd Mirzəbəyov (26. Ömər Buludov, 71), 22. Mirabdulla Abbasov (8. Emin Mahmudov, 65), 28. Slavko Braliç, 93. Soni Mustivar.

 

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 73. Nail Alışov, 37. Vüsal Əsgərov, 51. Elçin Əsədov.


Xəbər xətti