Baş məşqçi təyinatından 10 gün sonra qovuldu

13:53 28 İyun 2018

İyunun 18-də "Sportinq"lə 3 illik müqavilə imzalayan Sinişa Mihayloviç vəzifəsindən uzaqlaşdıırlıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Lissabon klubunun yeni prezidenti Xose Souza Sintra məlumat verib.

 

"Miyahloviçin ilk işi klubun təlim-məşq toplanış yerini dəyişmək oldu. Buna görə də 300 min avro itirdik. Bunlar bizə xoş gəlmədi. Sinişa bizim gələcək planlarımıza daxil deyildi".

 

49 yaşlı serbiyalı mütəxəssis köhnə rəhbərliyin dövründə baş məşqçi postuna təyin edilmişdi. Klubun səhmdarları sabiq başqan Bruno de Karvalyunu vəzifəsindən uzaqlaşdırdıqdan sonra Xose Souzanı rəhbər təyin etmişdilər.


Digər xəbərlər

Xəbər xətti