"Keşlə" Türkiyədə 3 yoxlama oyunu keçirəcək

14:13 28 İyun 2018

Bakı toplanışını başa vuran “Keşlə” Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununa hazırlığını davam etdirmək məqsədilə dünən Türkiyəyə yollanıb.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu Kızılcahamam vilayətindəki “Patalya” otelində məskunlaşıb. Komanda bu gün səhər ilk məşqə çıxıb. İyul ayının 10-dək davam edəcək təlim-məşq toplanışında “Keşlə” 3 yoxlama matçı keçirməyi planlaşdırır.

 

Komanda ilk yoxlama matçını Bolu vilayətində Bosniya və Herseqovinanın "Çelik” (Zeniça) komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. İkinci yoxlama matçında rəqib “Levadiya” komandası olacaq. Estoniya təmsilçisilə qarşılaşma Bakı vaxtı ilə 17:00-da başlayacaq. Toplanış çərçivəsində son yoldaşlıq matçı iyulun 6-da keçiriləcək. Bu dəfə komanda İranın “Traktorzasi” komandası ilə üz-üzə gələcək. Oyunun başlanma vaxtı barədə əlavə məlumat veriləcək.


Xəbər xətti