Azərbaycan çempionu İtaliya klubu ilə eyni səbətdə

Sportarena.az      28 İyun 2018, 15:26

Xəbər verdiyimiz kimi, iyulun 5-də futzal üzrə Çempionlar Liqasında ilkin və əsas mərhələnin püşkü atılacaq.

 

Sportarena.az xəbər verir ki, artıq UEFA-nın rəsmi saytında yeni adı ilə ilk dəfə keçiriləcək yarışın reqlamenti və qaydalar haqda məlumat yerləşdirilib. Turnirin loqosu da hazırdı.

 

Yarışda ümumilikdə 59 klub mübarizə aparacaq. Dörd ölkə ilk dəfə olaraq 2 klubla yarışda iştirak edəcək. İspaniya, Portuqaliya və Rusiya ən yüksək reytinqə sahib olduqlarına görə bu hüquqa yiyələniblər. Qazaxıstanın iki təmsilçi ilə qatılmasında İspaniya “İnter”inin yarışın son qalibi olmasının rolu danılmazdı. Məhz bu komanda ölkəsinin çempionu olduğuna görə, Qazaxıstanın vitse-çempionu da güclülər sırasına qoşulub. Belə ki, turnirin son qalibi daxili çempionatı ilk 2 pillədə başa vura bilməzsə, o zaman həmin ölkə Çempionlar Liqasında 3 komandayla təmsil oluna bilər. “İnter” İspaniya çempionluğunu da qazanıb və belədə bu ölkəni bu komanda ilə bərabər “Barselona” təmsil edəcək.

 

Püşkatma və oyun günləri:

5 iyul. İlkin və əsas mərhələnin püşkatması. Nyon. Saat 16:15
28 avqust - 2 sentyabr. İlkin mərhələnin oyun günləri
2-7 oktyabr. Əsas mərhələnin oyun günləri
12 oktyabr. Elit-raundun püşkatma mərasimi. Nyon. Saat 16:00
13-18 noyabr. Elit-raundun oyun günləri
2019-cu ilin əvvəli. Final mərhələsinin püşkatması
25 və ya 26 apreli. Yarımfinal oyunları 
27 və ya 28 aprel. Final və üçüncü yer uğrunda oyun

 

İlkin mərhələdə 34 komandanın iştirakı gözlənilir. Burdan əsas mərhələyə 9 qrup qalibi yüksələcək. Yəni ilkin mərhələdə çıxış edən komandalardan heç biri əsas mərhələdə iştirak etmədən elit-raunda yüksəlməyəcək.

 

Əsas mərhələdə isə 32 komanda yarışacaq. Püşk zamanı komandalar iki səbətə bölünəcək. A səbətində 1-dən 11-dək və 16-dan 19-dək qərarlaşan, B səbətində 12-dən 15-ə, 20-dən 22-yə və ilkin mərhələdən yüksələcək 9 komanda yer alacaq.

 

İştirakçılar yenə hər birində 4 komanda olmaqla eyni sayda qruplara bölünəcəklər. A səbətində yer alan komandaların bölündüyü qruplardan 3, B səbətindəki komandaların qərarlaşdığı qruplardan isə ancaq birinci yerin sahibi elit-raundda iştirak etmək hüququ qazanacaq. Elit-raundda 16 komanda 4 qrupda mübarizə aparacaq. A səbətində yer alan qrupların qalibləri elit-raundda hər biri bir qrupun ilk sakini olacaq. İkinci pillədə başa vuranlar da növbəti mərhələdə püşlə düşəcəkləri qrupda ikinci yerdə qərarlaşacaq. Ancaq əsas mərhələni eyni qrupda keçirən və ilk iki pilləni tutan komandalar elit-raundda bir qrupda yer almayacaqlar. “Dördlər finalı”na isə qrup qalibləri yüksələcək.

 

Səbətləri diqqətinizə çatdırırıq:

 

İlkin mərhələ

1-ci səbət 
İnformatika Timişoara (Rumuniya)
Mostar (Bosniya və Herseqovina)
Veles (Makedoniya)
Hohenstein Ernstthal (Almaniya)
Rekord Bielsko-Biała (Polşa)
Uddevalla (İsveç)
Dinamo (Moldova)
Vytis (Litva)
Allstars Viener Neustadt (Avstriya)

 

2-ci səbət
Enkamp (Andorra)
Rasinq (Lüksemburq)
Kosmos Tallin (Estoniya)
Murata (San Marino)
Vattsell (Şotlandiya)
Belfast Yunayted (Şimali İrlandiya)
Vanqir Jupiters (İslaniya)

 

3-cü səbət
Çelik NK (Monteneqro)
La Chaux-de-Fonds (İsveçrə)
Türkiyə çempionu
Makkabi Nahalat Yitzak Tel-Aviv (İsrail)
Tirana (Albaniya) 
Futsamba Naas (İrlandiya)
Kardiff Universiti (Uels)

 

4-cü səbət
Kampuksen Dinamo (Finlandiya)
Futzal Gentofte (Danimarka)
Valletta (Malta)
Varna Citi (Bolqarıstan)
Doukas SAC (Yunanıstan)
Riding Futzal Klub (İngiltərə)
Lynx FC (Cəbəllütariq)

 

5-ci səbət
Leo Futzal Klub (Ermənistan)
Hovocubo (Hollandiya)
TMC Tbilisi (Gürcüstan)
Sandefjord (Norveç)

 

Əsas mərhələ

B səbəti

6-cı səbət
Nikars Riqa (Latviya)
Novo Vrijeme Makarska (Xorvatiya)
APOEL (Kipr)
Luçenec (Slovakiya)

 

7-ci səbət
İlkin mərhələnin A qrupunun qalibi

 

8-ci səbət
AS Futzal Peskara (İtaliya)
Araz (AZƏRBAYCAN)
Aktobe (Qazaxıstan)

 

A səbəti

9-cu səbət

Ekonomaç Kraqujevaç (Serbiya)
Halle-Qooik (Belçika)
Doboveç (Sloveniya)
Feniks (Kosovo)

 

10-cu səbət
MFC Xerson (Ukrayna)
Kremlin-Biketre United (Fransa)

 

11-ci səbət
Sibiryak (Rusiya)
EP Krudim (Çexiya)
LSM Lida (Belarus)

 

12-ci səbət
Benfika (Portuqaliya)
Kayrat (Qazaxıstan)
Qyor (Macarıstan)

 

14-cü səbət
İnter FS (İspaniya)
Sportinq CP (Portuqaliya)
Qazprom-Yuqra (Rusiya)
Barselona (İspaniya)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin