"Atletiko"nun kapitanı Qətər yolunda

15:40 28 İyun 2018

"Atletiko"nun kapitanı karyerasını Qətərdə davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi sabir "Barselona"lı Xavinin şərəfini qoruduğu "Əl Sədd" komandasına transfer olur. Təcrübəli futbolçu Asiya təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq. O, Qətərdə 3 ilinə 19 milyon avro qazanacaq.

 

Qeyd edək ki, Qabi "Atletiko"nun yetirməsidi. O, Madrid təmsilçisinin heyətində 2004-2007-ci illərdə çıxış edib. Daha sonra "Xetafe" və Saraqosa"da oynayan yarımmüdafiəçi 2011-ci ildə yenidən "Atletiko"ya dönüb və karyerasını burada davam etdirib. Qabi madridlilərin heyətində meydana çıxdığı 417 oyunda 10 qol vurub və 1 La Liqa çempionluğu, 1 İspaniya kuboku, 1 İspaniya Super Kuboku, 2 Avropa Liqası çempionluğu və 1 Avropa Super Kubokunu qazanıb.


Digər xəbərlər

Xəbər xətti