“Qarabağ”ın rəqibi yarımmüdafiəçi transfer etdi

18:21 28 İyun 2018

“Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Olimpiya” (Sloveniya) heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarnea.az xəbər verir ki, Lyublyana təmsilçisi “Voyvodina”nın yarımmüdafiəçisi Marko Putintsanini “rənglərinə bağlayıb”. Serbiyalı futbolçu "yaşıl-ağlar"la 2 illik müqavilə bağlayıb.

 

“Qarabağ”la “Olimpiya” arasındakı ilk oyun iyulun 11-də Sloveniyada, Bakıdakı cavab görüşü isə iyulun 18-də keçiriləcək. 


Xəbər xətti