DÇ-2018: 1/8 finalın bütün cütləri müəyyənləşdi

02:08 29 İyun 2018

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən oyunlardan sonra G qrupunun birincisi H qrupunun ikincisi, G qrupunun ikincisi H qrupunun birincisi ilə rəqib olub. Beləliklə 1/8 final mərhələsində Belçika Yaponiya ilə, Kolumbiya isə İngiltərə ilə qarşılaşacaq. Daha öncə Uruqvay Portuqaliyaya, Rusiya İspaniyaya, Fransa Argentinaya, Xorvatiya Danimarkaya, Braziliya Meksikaya, İsveç isə İsveçrəyə rəqib olmuşdu.

 

DÇ-2018: 1/8 final mərhələsi

30 iyun

18:00 Fransa - Argentina
22:00 Uruqvay - Portuqaliya

 

1 iyul

18:00 İspaniya - Rusiya
22:00 Xorvatiya - Danimarka

 

2 iyul

18:00 Braziliya - Meksika
22:00 Belçika - Yaponiya

 

3 iyul

18:00 İsveç - İsveçrə
22:00 Kolumbiya - İngiltərə


Xəbər xətti