Runi rəsmən ABŞ klubunda

11:31 29 İyun 2018

Futbol üzrə İngiltərə yığmasının sabiq hücumçusu Ueyn Runi bundan sonra karyerasını ABŞ-da davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, o, MLS-də mübarizə aparan “DC Yunayted” klubuna transfer olunub. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

 

“Mançester Yunayted”dən ayrıldıqdan sonra ötən mövsümün əvvəlində sabiq klubu “Everton”a qayıdan Runi burada cəmi bir mövsüm keçirdi. Doğma klubu ilə çıxdığı 40 oyunda 11 qola imza atan 32 yaşlı forvardın hələ 2019-cu ilə qədər müqaviləsi var idi. Lakin MLS təmsilçisindən aldığı cəlbedici təklif onun ölkəsini tərk etməsinə səbəb olub.

 

Runi yeni klubu ilə 3,5 illik müqavilə imzalayıb. O, bu komandada alacağı 13 milyon dollarlıq maaş ilə klub tarixinin ən çox qazanan futbolçusuna çevrilib.


Digər xəbərlər

Xəbər xətti