"Milan" xorvatiyalı futbolçu transfer etdi

12:43 29 İyun 2018

“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, İtaliya klubu “Hamburq”dan Alen Haliloviçi heyətinə qatıb. Tibbi müayinədən keçən xorvatiyalı yarımmüdafiəçi ilə rəsmi müqavilə imzalanacaq.

 

Qeyd edək ki, bir ara “Barselona”nın da formasını geyinən 22 yaşlı forvard son olaraq icarə əsasında “Las-Palmas”da çıxış edib.


Digər xəbərlər

Xəbər xətti