"Real" Ronaldonun transfer qiymətini azaltdı

Sportarena.az      29 İyun 2018, 14:48

“Real” Kriştiano Ronaldonun təzminat qiymətini azaldıb.

 

Sportarena.az xəbər verir ki, tərəflər məbləğin 1 milyard avrodan 120 milyon avroya endirilməsi ilə bağlı razılıq əldə ediblər. İndi istənilən klub bu məbləği ödəyib portuqaliyalı ulduzu transfer edə bilər.Ancaq qərar PSJ və “Barselona”ya şamil olunmur. Onlar Ronaldonun keçidi üçün “Real”a 1 milyard avro ödəməlidirlər.

 

Xatırladaq ki, Ronaldo hələ Çempionlar Liqasının “Liverpul”la final oyunundan (3:1) sonra “kral klubu”nu tərk edə biləcəyini istisna etməmişdi.

 

Qeyd edək ki, 2009-cu ildən “Real”da çıxış edən Ronaldo Madrid təmsilçisinin heyətində keçirdiyi 438 oyunda 450 qola imza atıb. Onun ispan klubu ilə müqaviləsi 2021-ci ilə qədərdir. Hazırda Portuqaliya millisinin heyətində dünya çempionatında çıxış edən futbolçu 3 oyunda 4 qol vurub. Onun komandası 1/8 finalda iyunun 30-da Uruqvayla qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin