“Uypeşt” - “Neftçi” matçının hakimləri açıqlandı

15:58 29 İyun 2018

“Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Uypeşt”ə (Macarıstan) qarşı keçirəcəyi cavab matçının hakimləri məlum olub.

 

Sportarena.az xəbər verir ki, UEFA “ağ-qaralar”ın “Uypeşt”lə cavab görüşünü Yunanıstandan olan hakimlər briqadasına həvalə edəcək. Bu barədə məumatı Yunanıstan mətbuatı yayıb.

 

Matçın baş hakimi Anastasios Papapetru, köməkçiləri Vasilius Kampuris və Trifon Petropulos olacaq. Ehtiyat hakim kimi Angelos Evangelos oyuna çıxacaq.

 

“Neftçi”ylə “Uypeşt” arasında ilk oyun iyulun 12-də “Dalğa Arena”da, cavab matçı isə iyulun 19-da Macarıstanda olacaq.


Digər xəbərlər

Xəbər xətti