Kolumbiyaya şok xəbər

16:36 29 İyun 2018

DÇ-2018-in qrup mərhələsinin son turunda Seneqalla oyunda zədələnən Kolumbiya millisinin aparıcı futbolçusu Xames Rodrigesin durumu ürəkaçan deyil.

 

Sportarena.az xəbər verir ki, Kolumbiya millisinin baş məşqçisi Xose Pekerman yarımmüdafiəçinin sağlıq durumu ilə bağlı açıqlama verib:

 

“Hələ ki, onun zədəsinin xarakterini bilmirik. Tibbi müayinədən sonra yaxşı xəbərlər eşidəcəyimizə ümid edirəm”.

 

Seneqal üzərində minimal hesablı qələbə sayəsində qrup mərhələsini lider kimi başa vuran Kolumbiya 1/8 finalda İngiltərə ilə qarşılaşacaq. Oyun iyunun 3-də Moskvada olacaq. Xamesin bu oyunda iştirakı sual altındadı.


Digər xəbərlər

Xəbər xətti