Məşhur futbolçu həyat yoldaşını döydü, həbs edildi

16:53 29 İyun 2018

Moskva “Spartak”ının hollandiyalı futbolçusu Kunsi Promes həbs olunub.

 

Sportarena.az xəbər verir ki, Promes İspaniyada həbs olunub. O, İspaniyanın İbitsa adasında istirahət edirmiş. İlkin məlumata görə, məşhur futbolçu həyat yoldaşını döydüyü üçün həbs olunub. O, həyat yoldaşını hər kəsin gözü qarşısında döyüb. Ətrafda olan şəxslərin müdaxiləsindən sonra Promesi sakitləşdirmək mümkün olub. Məlumata görə, Promes başqa bir holland futbolçu – Uesli Sneyderlə birgə istirahət edir.

 

Ancaq hadisə baş verən zaman Sneyder orda olmayıb. Onun hadisədən bir qədər əvvəl otağına yollandığı deyilir.


Digər xəbərlər

Xəbər xətti