Rüfət Nadirlinin verilişi qayıdır - Bu dəfə fərqli kanalda - ANONS

17:51 29 İyun 2018

Müxtəlif kanallarda yayımlanan "Qaliblər" verilişi yenidən ekranlara qayıdır.

 

Sportarena.az xəbər verir ki, Rüfət Nadirlinin müəllifi və aparıcısı olduğu "Qaliblər" iyulun 4-dən etibarən "CBC sport" telekanalında yayımlanacaq. Tamaşaçılar verilişdə ölkəmizin məşhur idmançılarının keçirdikləri bir gününü - məşqlərini, gündəlik işlərini və asudə vaxtlarını necə keçirdiklərini izləmək imkanına sahib olacaqlar. Eyni zamanda, sürpriz qonaqlar, müğənnilər, tanınmış şəxslər verilişdə iştirak edəcəklər.

 

Beləliklə, həftənin çərşənbə günləri "Qaliblər" qonağınız olacaq.

 

Qeyd edək ki, Rüfət Nadirli daha əvvəl "İnteraz" telekanalında, "Burc FM", "Araz FM", "Radio Anten"də verilişlərin aparıcısı olub və redaktor vəzifəsində çalışıb.


Digər xəbərlər

Xəbər xətti