"Neftçi" legioner hücumçu transfer etdi

10:15 30 İyun 2018

Transfer çalışmalarını davam etdirən “Neftçi” daha bir keçidi rəsmiləşdirib.

 

Sportarena.az xəbər verir ki, qanalı futbolçu Kvame Karikari ilə 2 il müddətinə müqavilə imzalanıb. 26 yaşlı hücumçu komandanın 11 nömrəli formasını geyinəcək.

 

Sonuncu klubu "Əl Ərəbi” (Qətər) olan Kvame Karikari Qananın "İnternational Ellies”, İsveçin AİK, "Deqerfors”, "Halmstad”, Türkiyənin "Balıkesirspor”, Norveçin "Hauqesund”, Ukraynanın "Stal”, Qətərin "Əl Marhiya” və Qananın gənclərdən ibarət milli komandasında çıxış edib

 

Qeyd edək ki, "Neftçi” bundan əvvəl cinah müdafiəçisi Tural Axundov, mərkəz müdafiəçisi Slavko Braliç, yarımmüdafiəçilər – Rəşad Eyubov, Qoran Paratski, hücumçular – Dario Frederiko və Baqali Dabonun keçidini rəsmiləşdirmişdi.


Xəbər xətti