"Neftçi" üçün daha bir rəqib

15:47 30 İyun 2018

"Neftçi”nin Türkiyədə təlim-məşq toplanışı çərçivəsində iyulun 2-də keçirəcəyi yoxlama oyunundakı rəqibi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, komanda həmin gün Bosniya və Herseqovinanın "Çelik” klubu ilə qarşılaşacaq.

 

Qeyd edək ki, bundan əvvəlki yoxlama oyunlarında Makedoniyanın "Şkupi” və Rumıniyanın "Dunarea Kalarası” klublarını eyni hesabla (2:0) məğlub etmiş "Neftçi”nin iyulun 5-dəki rəqibi "Politexnika” (Rumıniya) olacaq.


Digər xəbərlər

Xəbər xətti