"İnter"dən Naqatamo açıqlaması

16:14 30 İyun 2018

Tütkiyə çempionu “Qalatasaray” ötən mövsüm İtaliyanın “İnter” klubundan icarəyə götürdüyü Yuto Naqatamonu növbəti mövsüm üçün də heyətində saxlamağa nail olub.

 

Sportarena.az xəbər verir ki, İstanbul nəhəngi Yaponiya millisinin üzvünü birdəfəlik transfer edib. Bu barədə “İnter”in rəsmi saytı məlumat yaysa da, “Qalatasaray” hələ rəsmi açıqlama yaymayıb. “İnter” 31 yaşlı futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, bundan sonrakı karyerasında uğurlar arzulayıb.

 

Yuto Milan təmsilçisində geridə qalan 8 mövsümdə 213 matça çıxıb, 13 qol vurub.


Digər xəbərlər

Xəbər xətti