"Qarabağ" "Verona"nın qapıçısını transfer edir?

18:19 30 İyun 2018

"Qarabağ" daha bir qapıçı ilə maraqlanır.

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi "Verona"nın qapıçısı Nikolas Andradeni transfer etmək istəyir. "Qarabağ"ın İtaliya klubu ilə 2020-ci ilin yayına kimi müqaviləsi olan braziliyalı qolkiper üçün artıq təklif göndərdiyi bildirilib.  Bununla bağlı iki klub arasında danışıqların davam etdiyi vurğulanıb.

 

Qeyd edək ki, "Qarabağ"ın qapıçılar Vinçenzo Fiorillo ("Peskara") və azar agent olan  Con Makloflinlə də maraqlandığı iddia olunurdu.


Digər xəbərlər

Xəbər xətti