Rusiya və Xorvatiya 1/4 finala vəsiqə qazandı - YENİLƏNİB

00:46 2 İyul 2018

Rusiyada keçirilən dünya çempionatında pley-off həyəcanı davam edir.

 

Sportarena.az xəbər verir ki, bu gün daha iki 1/4 finalçının adına aydınlıq gələcək. İlk olaraq meydana meydan sahibi Rusiya yığması çıxacaq. Şimal qonşularımız turnirin favoritlərindən olan İspaniya ilə üz-üzə gələcək. Qrup səddini çətinliklə aşan və 3 matçda qapısından 5 qol buraxan ispanların işi heç də asan olmayacaq. Ruslar doğma meydan və azarkeş amilindən yararlanmağa çalışacaq.

 

Günün ikinci qarşılaşması Xorvatiya ilə Danimarka arasında oynanılacaq. Qrupda maksimum nəticə əldə edən xorvatlar turnirin favoritlərindən sayılır.

 

DÇ-2018. 1/8 final mərhələsi

1 iyul

18:00 İspaniya - Rusiya 1:1 (pen - 3:4)

Qol: Sergey İqnaşeviç, 12-avtoqol - Artyom Dzyuba, 41-pen.
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Moskva. “Lujniki” stadionu

 

22:00 Xorvatiya - Danimarka 1:1 (pen - 3:2)

Qol: Mario Mandzukiç, 4 - Matias Yorgensen, 2.
Baş hakim: Nestor Pitana (Argentina)
Nijni Novqorod. Mərkəzi stadion


Digər xəbərlər

Xəbər xətti