Sampaoli istefaya göndərildi

16:20 1 İyul 2018

DÇ-2018-in 1/8 finalında Fransaya 3:4 hesablı məğlubiyyətlə turnirə vida edən Argentina milli komandasının baş məşqçisi Xorxe Sampaoli istefaya göndərilib.

 

Sportarena.az xəbər verir ki, yığmanın dünya çempionatında mübarizəni dayandırmasından sonra bu qərar gözlənilən idi. Argentina Futbol Assosiasiyasının (AFA) rəhbərliyi 58 yaşlı mütəxəssisi istefası barədə məlumatlandırıb.

 

Xorxe Sampaoli ilə 2017-ci ildə bağlanılmış müqavilə 5 ilədək nəzərdə tutulmuşdu.


Digər xəbərlər

Xəbər xətti