Dünya çempionatları tarixində hələ belə şey olmamışdı

11:49 2 İyul 2018

Hazırda DÇ-2018-in 1/8 final mərhələsi çərçivəsində davam edən Xorvatiya - Danimarka matçında rekord qeydə alınıb. 

 

Sportarena.az xəbər verir ki, matçda hesab ilk dəqiqədə açılıb. Matias Yorgensen Danimarka millisini hesabda önə keçirib. Lakin skandinaviyalıların sevinci çox çəkməyib. Artıq 4-cü dəqiqədə Mario Mandjukiç xorvatların cavab qolunu vurub. Hər iki komandanın fərqlənməsi üçün cəmi 217 saniyə tələb olunub ki, bu vaxta qədər belə erkən qarşılıqlı qollar dünya çempionatının tarixində olmamışdı.

 

Qeyd edək ki, hazırda qarşılaşmada əlavə vaxt oynanılır və hesab hələ də 1:1-dir. 


Digər xəbərlər

Xəbər xətti