“Qarabağ”ın rəqibində 5 ayrılıq

12:29 2 İyul 2018

Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində rəqibi olan Sloveniyanın “Olimpiya” klubu 5 futbolçu ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Lyublyana təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Lyublyana təmsilçisi Rok Vodişek, Mitç Apay, Ceyson Devidson, Dario Çanadiya və Rikardo Alveslə vidalaşıb.

 

Vodişek, Apay və Alveslə müqavilələrin müddəti iyunun 30-da başa çatıb və yeni anlaşma imzalanmayıb. Çanadiya ilə Devidson isə Xorvatiyanın "Riyeka" klubuna icarəyə verilib.

 

Xatırladaq ki, "Olimpiya" "Qarabağ"la ilk matçını iyulun 11-də öz meydanında keçirəcək.


Xəbər xətti