"Neftçi" daha bir futbolçuya müqavilə imzaladı

13:48 2 İyul 2018

"Neftçi” klubu daha bir futbolçu ilə müqavilənin müddətini artırıb.

 

Sportarena.az xəbər verir ki, millimizin də üzvü olan Namiq Ələsgərov 2019/20 mövsümünün sonunadək "ağ-qaralar"ın formasını geyinəcək. Ötən mövsüm 32 oyunda 6 qol vurmuş 23 yaşlı yarımmüdafiəçinin bundan əvvəlki müqaviləsinin müddəti 2018/19 mövsümünün sonunda bitəcəkdi.

 

Qeyd edək ki, bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Rəhman Hacıyev, Anton Krivotsyuk və Soni Mustivarla müqavilə yenilənmişdi.


Xəbər xətti