Salah "Liverpul"un tarixinə düşəcək

Sportarena.az      2 İyul 2018, 15:56

Məhəmməd Salah “Liverpul”la yeni, uzunmüddətli müqavilə bağlayacaq.

 

Sportarena.az xəbər verir ki, yeni müqavilənin detalları mətbuata sızıb. Salah “Liverpul”la 5 illik - 2023-cü ilə qədər müqavilə imzalayacaq. Yeni müqavilədən sonra misirli futbolçu “Liverpul”un tarixində ən ödənişli oyunçu olacaq. Onun həftəlik məvacibi 200 min funt (226 min avro) təşkil edəcək.

 

Salah “Liverpul”a 2017-ci ildə 42 milyon avroya “Roma”dan keçib. O, ötən mövsüm İngiltərə Premyer Liqasının rekordunu müəyyənləşdirib, 32 oyunda 36 qol vurub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin