FİFA İsveçrəni cəzalandırdı

16:29 2 İyul 2018

FİFA İsveçrə Futbol İttifaqını cərimə edib.

 

Sportarena.az xəbər verir ki, buna Rusiyada təşkil olunmuş dünya çempionatında FİFA əməkdaşlarının təhqir edilməsi səbəb olub. İnsident İsveçrə ilə Kosta Rika yığmaları arasında keçirilmiş oyunda qeydə alınıb.

 

İsveçrə yığmasının üzvləri həmin oyun üçün stadiona lazım olan akkreditasiya ilə gəlmədiyindən, FİFA nümayəndələri bunu onlara irad tutublar. İsveçrəlilər isə onların ünvanına xoşagəlməz sözlər işlədiblər.

 

Dünya futbol qurumu bu hadisəni cəzasız qoymayıb. İsveçrə Futbol İttifaqı baş verənlərə görə 35 min frank məbləğində cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti