"Qarabağ"ın rəqibi daha bir futbolçu ilə gücləndi

18:48 2 İyul 2018

Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki rəqibi “Olimpiya” növbəti transferini həyata keçirib.

 

Sportarena.az xəbər verir ki, Lyublyana təmsilçisi son olaraq Xorvatiya "Rieka"sında çıxış edən Matiç Çrniçi alıb. 26 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. O, yeni klubunda 29 nömrəli forma geyinəcək.

 

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasındakı oyunlar iyulun 11-də və 18-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti