Braliç: “Uypeşt”lə oyuna tam hazır olacağıq"

11:39 3 İyul 2018

“Neftçi”nin futbolçusu Slavko Braliç Bosniya və Herseqovinanın "Çelik” klubu ilə yoxlama oyununu (4:1) dəyərləndirib.

 

Sportarena.az xəbər verir ki, xorvatiyalı futbolçu klubun rəsmi saytına açıqlamasında bunları bildirib:

 

"Təlim-məşq toplanşında artıq üçüncü qələbəni qazandıq. 4:1 hesabı ilə qalib gəldik. Buna görə çox sevinirik. Hazırlığımız çox yaxşı gedir. Məşqlərə eyni qaydada davam etməliyik. İnanıram ki, "Uypeşt”lə oyuna tam hazır olacağıq”.


Digər xəbərlər

Xəbər xətti