“Qəbələ” - “Proqres” matçının hakimləri açıqlandı

11:53 3 İyul 2018

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qəbələ” - “Proqres” (Lüksemburq) matçının hakimləri açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, iyulun 12-də baş tutacaq oyunu Moldovadan olan hakimlər idarə edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi Vyaçeslav Banari, yardımçıları isə Vasili Ermişin və Dimitri Çiobanu olacaq. Oyunun dördüncü hakimi funksiyasını Andrey Kojakaru yerinə yetirəcək. Görüşdə İqor Pristovnik (Xorvatiya) hakim-inspektor, Nikoloz Jgarkava (Gürcüstan) UEFA nümayəndəsi olacaq.

 

“Qəbələ” - “Proqres” matçı saat 20:00-da başlayacaq.


Xəbər xətti