Braziliya zirvəni ələ keçirdi

12:35 3 İyul 2018

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatında Meksika ilə 1/8 final matçında 2:0 hesabıyla qalib gələn Braziliya yığması mundiallar tarixinin ən çox qol vuran komandasına çevrilib.

 

Sportarena.az xəbər verir ki, DÇ-2018-dən əvvəl Almaniyanın 224, Braziliyanın 221 qolu var idi. Almaniya Rusiyadakı turnirdə cəmi 2 qol vuraraq mübarizəni dayandırdığından, hazırda bu komandanın hesabında 226 qol var.

 

Meksika ilə oyundan öncə Almaniya ilə eyni sayda qol vuran Braziliya isə bu görüşdən 2:0 hesabıyla qalib ayrılmaqla mütləq rekordçu oldu. Artıq beşqat dünya çempionlarının hesabında 228 qol var. Qarşıdakı oyunlarda onların bu göstəricini daha da yaxşılaşdırmaq şansı da var.

 

Qeyd edək ki, mundiallar tarixində ən çox qol vuran kollektivlər sırasında 3-cü yeri Argentina tutur - 134 qol.


Digər xəbərlər

Xəbər xətti