"Keşlə" yenə məğlub oldu - YENİLƏNİB

01:49 4 İyul 2018

ürkiyədə təlim-məşq toplanışında olan “Keşlə” bu gün növbəti yoxlama oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, Yuri Maksimovun çalışdırdığı kollektiv ikinci sınaq matçında Estoniya təmsilçisi “Levadiya” ilə qarşılaşıb. Kızılcahamamda baş tutan oyun Bakı klubunun məğlubiyyəti ilə başa çatıb – 2:3.

 

İlk hissədə təmsilçimiz hesabı açıb. Qolun müəllifi braziliyalı müdafiəçi Denis Silva Kruz olub. Fasilədən sonra 8 oyunçu dəyişikliyi həyata keçirilib. "Keşlə"nin ikinci qolunun müəllifi Azər Salahlı olub.

 

“Keşlə” Türkiyədəki ilk sınaq matçında Bosniya və Herseqovinanın “Çelik” klubuna 0:2 hesabıyla uduzmuşdu. “Keşlə” son yoxlama matçını iyulun 6-da İranın "Traktorsazi" komandasına qarşı keçirəcək.

 

Yoxlama oyunu

3 iyul

Keşlə - Levadiya 2:3

 


Xəbər xətti