"Sumqayıt" millimizin üzvünü transfer etdi

14:19 3 İyul 2018

2018/2019 futbol mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə anlaşıb.

 

Sportarena.az xəbər verir ki, U-21 millimizin üzvü Dmitri Nağıyevlə 1 illik müqavilə imzalanıb. Nağıyev “Sumqayıt”da 33 nömrəli formanı geyinəcək.

 

2012-ci ildən “Dnepr”də (13 oyun, 1 qol) çıxış edən Dmitri Nağıyev ötən mövsümü Vyana “Qarabağ”ında (15 oyun, 1 qol) keçirib. Nağıyev həmçinin U-21 millimizin də (2015-2016, 2 oyun) şərəfini qoruyub.


Xəbər xətti