"Real"dan Neymar açıqlaması

18:16 3 İyul 2018

İspaniyanın TVE kanalı "Real"ın Neymarı transfer etmək üçün təklif göndərdiyini iddia edib.

 

Sportarena.az xəbər verir ki, Madrid klubunun PSJ-yə 310 milyon avro təklif etdiyi bildirilib. Neymarın 7 illik müqavilə və 45 milyon avro məvacib istədiyi qeyd olunub. TVE əvəzində Kriştianu Ronaldonun transferə çıxarılacağını da ortaya atıb.

 

"Real" bu informasiyanı rəsmi saytı vasitsilə təkzib edib. Klub xəbəri çaşqınlıqla qarşıladığını bildirib:

 

”PSJ klubunun futbolçusu Neymarın "Real" klubuna transferi ilə bağlı yayılan xəbər həqiqəti əks etdirmir. Biz PSJ klubuna və ya Neymara heç bir təklif göndərməmişik. Bizi təəccübləndirən odur ki, İspaniya televiziyası, tərəflərin heç biri ilə əlaqə saxlamadan tamamilə yanlış bir məlumat yaymaqdan çəkinməyib. Bir daha bəyan edirik ki, Neymarın transferi ilə bağlı danışıq aparmırıq”.


Xəbər xətti