"Səbail"də ayrılıq

20:37 3 İyul 2018

“Səbail” futbolçusu Orxan Əliyevlə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, futbolçu məşqçilər korpusuna müraciət edərək səhhəti ilə bağlı problemi olduğunu bildirib. Müayinə nəticəsində futbolçunun diz nahiyəsində həqiqətən zədə olduğu aşkarlanıb və qarşılıqlı razılıq əsasında “Səbail” ilə Orxan Əliyev arasında mövcud müqaviləyə xitam verilib.

 

Yarımmüdafiəçi ilə bağlanmış müqavilənin müvafiq bəndinə əsasən, “futbolçunun tibbi müayinəsinin nəticəsi müsbət olduğu təqdirdə müqavilə hüquqi qüvvəyə minir”. Ötən müddət ərzində Orxan Əliyevin “Səbail”də tibbi müayinədən keşməməsinin səbəbi müqavilənin imzalanmasından dərhal sonra futbolçunun şəxsi işləri ilə əlaqədar ölkə xaricinə yollanması olub.


Digər xəbərlər

Xəbər xətti