"Qarabağ" Haldorssonun transferini rəsmən açıqladı

10:58 4 İyul 2018

"Qarabağ" İslandiya millisinin qapıçısı Hannes Tour Haldorssonu transfer etdiyini rəsmən açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubu rəsmi "Feysbuk" vasitəsi ilə 34 yaşlı qolkiperin "Qarabağ"ın forması ilə şəklini paylaşıb. Şəkildə "Xoş gəlmisən" sözləri yazılıb.

 

Qeyd edək ki, Haldorssonun son klubu Danimarka "Randers"i olub. O, DÇ-2018-in 1-ci turunda Argentina ilə keçirilən oyunda (1:1) Lionel Messinin penaltisini dəf etməklə oyunun qəhrəmanına çevrilmişdi.


Digər xəbərlər

Xəbər xətti