"Qəbələ" polşalılara məğlub oldu - YENİLƏNİB

22:02 4 İyul 2018

2018/19 mövsümünə Sloveniyada hazırlaşan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” 3-cü sınaq matçında Polşanın “Krakoviya” klubu ilə qarşılaşıb. Beltintsidə baş tutan oyun "Qəbələ"nin məğlubiyyəti ilə başa çatıb.

 

Xatırladaq ki, “Qəbələ” bunadək Sloveniyada 2 matç keçirib. “Qırmızı-qaralar” Albaniyanın “Kukesi” (1:1) və Xorvatiyanın “Dinamo” (0:2) klubları ilə yoxlama oyununda üz-üzə gəlib.

 

Yoxlama oyunu
4 iyul

Qəbələ - Krakoviya (Polşa) 0:1
Beltintsi (Sloveniya)

“Qəbələ”nin start heyəti: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 27. Bəhlul Mustafazadə, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov, 18. İlqar Qurbanov, 88. Sabien Lilay, 11. Asif Məmmədov, 28. Stiven Monroz, 19. Ceyms Adeniyi, 10. Rauf Əliyev.


Digər xəbərlər

Xəbər xətti