"Qarabağ" Haldorssonla hansı şərtlərlə müqavilə imzalayıb?

12:31 4 İyul 2018

2018/19-cu illər mövsümünün hazırlıqlarını davam etdirən “Qarabağ”ın heyətini Hannes Tur Halldorssonla gücləndirdiyi barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, futbolçunun Azərbaycan çempionu ilə imzaladığı sözləşmənin detalları məlum olub. Ağdam klubu İslandiya yığmasının qapıçısı ilə iki illik müqavilə bağlayıb. Komandanın Avstriyada davam edən təlim-məşq toplanışına yollanan qolkiper tibbi müayinədən keçdikdən sonra rəsmi kontrakta qol çəkib.

 

Yeni transfer karyerasına 2009-cu ildə ölkəsinin “Fram” klubunda başlayıb. Qolkiper daha sonra "KR" (İslandiya), "Brann" (Norveç), "Sandnes" (Norveç), NEK (Hollandiya), "Bodo/Qlimt" (Norveç) klublarında forma geyinib. Qolkiper son olaraq Danimarkanın “Randers” klubunda çıxış edib və bu klubda 69 matçda meydana çıxıb.

 

Hannes 2012-ci ildən milli komandasının heyətinə dəvət alıb və 52 oyunda meydanda olub. 2016-ci ildə Avropa Çempionatının final mərhələsində çıxış edib.Burada da İslandiyanın oynadığı 5 oyunun hamısında çərçivəni qoruyub.

 

Halldorsson DÇ-2018 seçmə mərhələsi çərçivəsində 9 oyunda meydana çıxıb və komandası DÇ-2018-in final mərhələsinə vəsiqə qazanıb. Dünya çempionatının qrup mərhələsində hər 3 oyunda meydanda olub və bu oyunlar zamanı 1 penalti qurtarmaqla diqqət mərkəzinə düşüb.


Digər xəbərlər

Xəbər xətti