Almeyda: "Astana"ya seçməkdə məqsədim..."

14:32 4 İyul 2018

Azərbaycan millisinin üzvü, “Qarabağ”ın keçmiş futbolçusu Riçard Almeydanın Qazaxıstanın “Astana” klubuna transfer olunduğunu xəbər vermişdik.

 

Sportarena.az xəbər verir ki, 29 yaşlı braziliyalı yarımmüdafiəçi klubun rəsmi saytına keçidi ilə bağlı açıqlama verib:

 

“Başqa klublardan da təkliflər almışdım. Amma sonda ailəm və menecerimlə birgə Qazaxıstana köçmək qərarı verdik. “Astana”da olmağın mənim üçün daha faydalı olacağını düşündük. “Astana”dan iki həftə əvvəl təklif alnışdım. Bu kluba keçməkdə məqsədim Çempionlar Liqasında iştirak etmək və Qazaxıstan çempionu olmaqdı. Artıq bir dəfə Çempionlar Liqasının qrup mərhələsində oynamışam, “Astana” ilə yenidən Avropanın ən böyük klub turnirində çıxış etmək istəyirəm. Yeni komandamın bu hədəfə çatmasına kömək etmək üçün var gücümü ortaya qoyacam”.

 

Almeyda 2012-ci ildən "Qarabağ"da çıxış edirdi.


Xəbər xətti