"Sportinq"in futbolçusu "Qarabağ" yolunda

15:29 4 İyul 2018

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" daha bir transferə hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, “köhlən atlar” Portuqaliyanın "Sportinq" klubunun yarımmüdafiəçisi Simeon Slavçevin transferini bitirmək üzrədir. Bu barədə Portuqaliyanın “zerozero.pt” saytı məlumat yayıb.

 

Məlumata görə, bolqarıstanlı futbolçu "Qarabağ"la müqavilə bağlamaq üçün Lissabon klubunun düşərgəsini tərk edib.
 

Bolqarıstan millisinin üzvü olan Slavçev 2014-cü ildə "Litex" klubundan "Sportinq"ə transfer olunub. 24 yaşlı futbolçu Lissabon təmsilçisinin B komandasında çıxış edib və əsas heyətdə debüt etməyib. O, İngiltərənin "Bolton", Kiprin "Apollon" və Polşanın "Lexiya" klublarında icarə əsasında çıxış edib. Slavçevin "Sportinq"lə müqaviləsi 2019-cu ilin yayında başa çatır.

 

“Qarabağ” ən son İslandiya millisinin qolkiperi Hannes Tur Halldorssonla iki illik müqavilə bağlayıb.


Digər xəbərlər

Xəbər xətti