"Qarabağ"ın yeni transferi: "Yeni macəra yaşamaq istədim"

15:56 4 İyul 2018

"Randers"dən ayrılan Hannes Tour Haldorsson "Qarabağ"a keçidinin  səbəbini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, bununla bağlı İslandiya millisinin qolkiperi bildirib:

 

"Randers"də çox xoşbəxt oldum. Randers yaxşı şəhərdir, buradan ayrılmaq asan qərar olmadı. Ancaq indi 34 yaşım var. Buna görə də  yeni bir şey sınamaq, yeni macəra yaşamaq istədim. Burda keçirdiyim iki ildə klubda mənə dəstək olan hər kəsə və azarkeşlərə təşəkkür edirəm. Gələcəkdə kluba uğurlar arzulayıram”.


Xəbər xətti