Penaltiləri vura bilmədilər, ölümlə hədələndilər

17:43 4 İyul 2018

Kolumbiya millisinin üzvləri Karlos Bakka və Mateus Uribe ölümlə təhdid olunublar.

 

Sportarena.az xəbər verir ki, kolumbiyalı fanatlar DÇ-2018-in 1/8 final mərhələsinin İngiltərə ilə oyununda penalti zərbələrini dəqiq yerinə yetirməyən oyunçuları öldürməklə hədələyiblər. Azarkeşlər onları ölkəyə qayıtmamağa çağırıb və hər ikisinə ölüm arzulayıblar.

 

Qeyd edək ki, Danimarka millisinin hücumçusu Nikolay Yorgensen də Xorvatiya ilə matçda penaltini vura bilmədiyi üçün eyni halla üzləşmişdi.


Xəbər xətti