"Real" Mbappeni transfer edəcək?

11:41 5 İyul 2018

Kütləvi İnformasiya Vasitələrində PSJ klubunun və Fransa millisinin hücumçusu Kilian Mbappenin "Real" klubu tərəfindən transfer ediləcəyi xəbəri yayılıb.

 

Sportarena.az xəbər verir ki, Madrid klubunun rəsmi saytında isə bu xəbər təkzib edilib:

 

"Mbappenin klubumuza keçidi ilə bağlı yayılan xəbərlər doğru deyil. "Real" bu xəbəri təkzib edir. Biz nə PSJ klubuna, nə də Mbappeyə təklif göndərməmişik. Tərəflərin heç biri ilə razılaşmadan xəbər yayanları qınayırıq”, - deyə sayt yazır

 

 Xatıladaq ki, bir neçə gün bundan qabaq "Real" Neymarın transfer ediləcəyi ilə bağlı xəbəri də təkzib etmişdi.


Xəbər xətti