Kavaninin durumuna aydınlıq gəldi

11:58 5 İyul 2018

Uruqvay milli komandasının heyətində ciddi itki baş verib.

 

Sportarena.az xəbər verir ki, komandanın əsas oyunçularından hesab edilən Edinson Kavani zədəlidi. Federasiyadan verilən açıqlamaya görə PSJ-nin forvardı 1/4 finalda Fransaya qarşı oynaya biləcək, amma onun start heyətdə yer alması çətin görünür.

 

Qeyd edək ki, Kavani DÇ-2018-in 1/8 final mərhələsində Portuqaliya ilə matçda (2:1) zədələnmişdi. O, komandasının son məşqində iştirak etməyib.

 

Xatırladaq ki, Fransa - Uruqvay qarşılaşması 6 iyul tarixində keçiriləcək.


Xəbər xətti